image-1548142754_mansetbackend

Müəllimə, rəqqasə, yoxsa fahişə: Hindli cəsusun acı həyat hekayəsi -FOTO

O dünyanın ən məşhur cəsusu hesab edilir. Əslən Hindistanlı olsa da Mata Hari Hollandiyada doğulub. Kiçik yaşlarından atasını itirən Mata Hari işləməyə məcbur olur.

Ailələrini dolandırmaq üçün çalışan qızcığaz restoranlarda işləməyə başlayır. Gənc və gözəl olan olan Mata tezliklə hamının sevimlisinə çevrilir. O restoranlarda hind rəqslərini ifa etməyə başlayır. Gözəl səsi və cəlbedici görünüşü olan Mata öz rəqsləri ilə bütün Avropada məşhurlaşır. Onun məşhurluğu həm də baş bəlasına çevrilir. Artıq varlı sahibkarlar bu gözəl hindli qızı əldə etmək üçün çalışırdı. Artıq çoxları onu bahalı fahişə kimi qəbul edirdi. Məhz belə tanışlardan biri onu varlı müştərilərinin əlindən qoparmağa nail olur. Mata Hari cəlbedici görünüşə malik alman Hansla tanış olur. O bir müddət bu gənc almanla sevgili də olur. Hansın alman kəşfiyyat orqanının əməkdaşı olduğunu isə Mata çox sonralar başa düşür. Hans bu gözəl qızı alman kəşfiyyat orqanının əməkdaşları ilə tanış edir. Artıq Mata almanlarla içki məclislərində iştirak edir, öz bədənini satmaqla pul qazanırdı. Onu arzulayan çox kişi var idi. Mata belə iş adamlardan biri olan fransız Jerar Lemanla tanış olur. Məhz bu sahibkarın pulu ilə rəq məktəbi də açır. O uşaqlara hind rəqslərinin sirlərini öyrədirdi. Lakin bir gün Mata yoxa çıxır. Bütün şəhər bu cazibıdar hindli qızı axtarırdı. Onu isə alman kəşfiyyatı oğurlamışdı.

Kəşfiyyatçılar Matanı Almaniyanın Löerrach şəhərinı gətirirlər. Mata alman kəşfiyyatına işləməyə razı olur. O Löerrach şəhərindəki kəşfiyyat düşərgəsində xüsusi məktəbdə casusluğun sirlərini öyrənir. Onun adı Almaniya kəşfiyyatında “H21” kodu ilə qeyd edilmişdi.

Matanın israrla tanışlarına ünvanladığı suallara cavab almaq istəməsi Fransa kəşfiyyatının diqqətini cəlb etdi.
Fransa kəşfiyyatı, nəhayət, Mataya almanların bəzi sirlərini öyrənməyi təklif etdi. Mata buna etiraz etmədi və onun üçün fransız kəşfiyyatı xüsusi kurs keçdi. Lakin fransızlar ona inana bilmirdilər və işin içində “nə isə” olduğu qənaətində idilər. Ona görə də Matanı yoxlamaq üçün Belçikaya göndərdilər. Orada o, 6 fransız casusu ilə əlaqə yaradacaqdı. Bununla da Matanın Almaniyaya casusluq etdiyini sübut etmək mümkün oldu. Belə ki, Matanın görüşdüyü 6 fransız casusu iki həftədən sonra almanlar tərəfindən ələ keçirildi və güllələndi. Beləliklə, Matanın taleyi həll edilmiş oldu.

İngilis kəşfiyyatı Matanın almanlara işləyən Klara Benediks adlı casus olduğunu düşünürdü. Ona görə də ingilis kəşfiyyatı Matanın hər addımını nəzarət altına almışdı. 1916-cı ilin oktyabrında ingilis kəşfiyyatı Matanı tutaraq sorğu-sual etdi. Ancaq məlum oldu ki, onun Klara Benedikslə heç bir əlaqəsi yoxdur. Eyni zamanda Matanın almanlara işləyib-işləməməsini aydınlaşdırmaq üçün də cəhdlərə baş vuruldu. Lakin Mata almanlara işləməsi barədə deyilənləri rədd edərək, rəqqasə bir qadının belə işlərlə məşğul olmasının mümkün olmadığını söylədi. Matanın almanlara işləməsi barədə hər hansı fakta malik olmayan ingilis kəşfiyyatı onu rahat buraxmağa məcbur oldu.

Fransızlar onun bir daha geriyə qayıtmayacağını düşündükləri bir vaxtda Mata Parisə qayıtdı. Əvvəlcə, onu dərhal həbs etdilər. Evində axtarış zamanı çoxlu sayda alman markası tapıldı. Fransız kəşfiyyatı bunun casusluq üstündə almanlardan alındığını iddia etdi. Mata isə bu markaları yaxın əlaqədə olduğu almanlardan aldığını söyləyərək, onların iddialarını rədd etdi. Matanın evində həmçinin görünməz yazı yazılması məqsədi ilə istifadə edilən mürəkkəb də tapdılar. O isə bunun makiyaj olduğunu söylədi. Amma bu mürəkkəblə yazılan bəzi yazılar ortaya çıxanda Mata susmağa üstünlük verdi. Alman casusu Matanın həbsi Fransada böyük uğur kimi qələmə verildi və o, 50 min fransız əsgərinin ölümündə təqsirli hesab edildi. Mata Hariyə qarşı irəli sürülən ittihamda onun düşmənə ötürdüyü 8 gizli dosye barədə informasiya yer alırdı. Bu arada Mata Harini yaxından tanıyan və fransız kəşfiyyatının onun barəsində qaldırdığı iddiaya şübhə ilə yanaşan Hollandiya kraliçası Fransaya müraciət edərək, onun buraxılmasını xahiş etdi. Lakin kraliçanın bu xahişini Fransa hökuməti rədd etdi. Almaniya isə Mata Harini fransızların istədiyi şəxslə dəyişməyə razı olduğunu rəsmi şəkildə bəyan etdi. Lakin fransızlar almanların Matanı dəyişdirmək təklifini də qəbul etmədilər.

1917-ci il, oktyabr ayının 15-də Matanı edam etdilər. Edamdan əvvəl onun gözünü bağlamaq istədilər. Amma Mata buna razı olmadı və ölümün gözü baxa-baxa 41 yaşında ikən həyatdan getdi. Onun cəsədinə sahib çıxa biləcək qohum-əqrəba isə tapılmadı. Ona görə də kəşfiyyatçının cəsədindən tibbi məqsədlər üçün istifadə edildi. Mata ölümündən sonra dünyada Fransanı məhv edən qadın adı ilə daha da məşhurlaşdı.

1921-ci ildə Almaniyada Mata haqqında film çəkildi. 1931-ci ildə isə Mata Hari adlı daha bir film çəkildi. Bu filmlərdə Matanın şəxsi həyatından götürülmüş sənədli məlumatlardan istifadə edilib. Hələlik isə, Mata dünyanın axarını dəyişən əfsanəvi kəşfiyyatçı qadın olaraq qalmaqda davam edir.

Qoşqar Salmanlı

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki