İndoneziyanın Sumatra adasının qərbində yerləşən Marapi vulkanında dünəndən bəri 4 partlayış baş verib.
Elchi.az xəbər verir ki, Antara News-un məlumatına görə, Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) Marapidə vulkanik fəaliyyətlərin artdığını açıqlayıb.
Açıqlamada dünən səhər saatlarından etibarən vulkanda 4 fərqli partlayışın baş verdiyi və vulkanın kül səpdiyi bildirilib.
Açıqlamada dünən yerli vaxtla saat 07:00-da baş verən ilk partlayışda vulkanın təxminən 1000 metr hündürlüyə kül atdığı, ikinci və üçüncü partlayışların isə dünən baş verdiyi açıqlanıb.
Açıqlamada, bu gün səhər saatlarında baş verən dördüncü partlayışda vulkanın təxminən 800 metr hündürlüyündə kül səpdiyi bildirilib.
Nuranə Məmmədova