Livan Hizbullahının İsrailin şimalındakı Yuxarı Cəlil bölgəsinə çoxlu raketlər atdığı bildirilib.
Elchi.az xəbər verir ki,Yedioth Ahronot qəzetinin məlumatına görə, Hizbullah Livanın cənubundan Yuxarı Cəlilin bir çox nöqtəsinə raketlər atıb. Açıq quruya düşən raketlər itki verməyib.
Raketlərin buraxılması ilə əlaqədar Yuxarı Cəlilin bir çox nöqtələrində xəbərdarlıq sirenləri səslənib.
Digər tərəfdən Hizbullah İsrail ordusunun mövqelərini “Fəlaq” və Katyuşa raketləri ilə vurduğunu açıqlayıb.
Hizbullahın dünən verdiyi açıqlamada İsrailin şimalında 4 hərbi hədəfə hücum edildiyi bildirilib.
8 oktyabr 2023-cü ildən İsrail ordusu ilə Livan Hizbullahı arasındakı sərhəd xəttində qarşıdurmalar və qarşılıqlı hücumlar davam edir.
Şayəstə Hüseynova