image-90cd875e-d1bf-33b1-a246-957dd3ca3212_850backend

KİV: Rekord sayda amerikalı Britaniya vətəndaşlığı üçün müraciət edib

Ötən il Britaniya vətəndaşlığı almaq üçün müraciət edən ABŞ vətəndaşlarının sayı rekord həddə çatıb.

Elchi.az  CNN-ə istinadən xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Nəşr bildirib ki, tendensiya Donald Tramp yenidən ABŞ Prezidenti seçildikdən sonra müşahidə olunmağa başlayıb.

2024-cü ildə 6,1 mindən çox ABŞ vətəndaşı Britaniya vətəndaşlığı almaq üçün müraciət etmişdisə, 2023-cü ildə bu rəqəm 5 mindən az olub. Qeyd olunur ki, son rübdə isə belə müraciətlərin sayı 1,7 mini ötüb.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki