image-abd-hortumbackend

ABŞ-da tornado və şiddətli fırtınalar nəticəsində azı 40 nəfər ölüb

Həftə sonu ABŞ-ın mərkəzi və cənubunu vuran tornado və şiddətli tufanlar nəticəsində azı 40 nəfərin öldüyü bildirilir.
Elchi.az xəbər verir ki, ABŞ -da əlverişsiz hava şəraiti ölkənin mərkəzi və cənub hissələrinə, xüsusilə Texas, Missuri, Oklahoma, Missisipi və Alabama ştatlarına təsir edib.
Səlahiyyətlilər, müxtəlif ştatlarda ən azı 40 nəfərin, o cümlədən Missuri ştatında 12 nəfərin tornado və şiddətli fırtınalar səbəbindən öldüyünü bildirir.
Həftə sonu 9 ştatda müxtəlif ölçülü tornadolar baş verib.
Oklahoma Fövqəladə Halların İdarə Olunması Departamenti fırtınaların səbəb olduğu meşə yanğınları nəticəsində 400-dən çox evin zərər gördüyünü bildirib.
Milli Meteoroloji Xidmət həftənin əvvəlindən etibarən bir çox ştatlarda şiddətli tufanların azaldığını bildirib və şərqi Corciya və Floridanın şimalında davam edən küləklərin təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki