Azərbaycan Basketbol Liqasında XIX tura start verilib.
Elchi.az -ın məlumatına görə, günün yeganə matçında “Sumqayıt” “Quba”nı qəbul edib.
Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan B qrupunun görüşündə meydan sahibləri 112:103 hesablı qələbəyə seviniblər.
Qeyd edək ki, tura martın 19-da yekun vurulacaq.