image-download-50backend

Kosovo liderləri Aİ-dən ölkəyə qarşı cəza tədbirlərini ləğv etməyi tələb edirlər

Kosovo prezidenti Vjosa Osmani və baş nazir Albin Kurti Avropa İttifaqının (Aİ) Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndəsi Peter Sorensen ilə görüşlərində 2023-cü ildən bu yana Aİ tərəfindən ölkəyə qarşı tətbiq edilən cəza tədbirlərinin aradan qaldırılmasına çağırıblar.
Elchi.az xəbər verir ki, paytaxt Priştinaya səfəri zamanı Sorensen prezident Osmani, baş nazir Kurti və baş nazirin Avropaya inteqrasiya, inkişaf və dialoq üzrə birinci müavini Besnik Bislimi ilə ayrı-ayrılıqda görüşüb.
Kosovo Baş Nazirliyindən görüşlə bağlı verilən yazılı açıqlamaya görə, Kurti Sorensendən AB-nin Kosovoya qarşı tətbiq etdiyi “ədalətsiz cəza tədbirlərinin” dərhal aradan qaldırılmasını tələb edib.
Kosovo prezidenti Osmani də Sorensen ilə görüşdən sonra sosial media hesabında bu açıqlamaları paylaşıb:
“Kosovo (Serbiya ilə) dialoqda konstruktiv tərəfdaş kimi sülh, demokratiya və qanunun aliliyinə sadiqliyini dəfələrlə sübut edib. Ona görə də Aİ-nin ölkəmizə qarşı ədalətsiz addımları təkcə vətəndaşlarımıza zərər vurmur, həm də dialoqun tələb etdiyi balansa mənfi təsir göstərir”.
Kurti ilə görüşündən sonra jurnalistlərə açıqlama verən Sorensen deyib ki, müzakirələrdə Kosovo və Serbiya arasında dialoq prosesində irəliləyişin necə əldə olunacağı müzakirə olunub.
Tezliklə Belqrada səfər edəcəyini bildirən Sorensen vəzifəsində prioritetinin Kosovo və Serbiya nümayəndələri arasında danışıqları təmin etmək olacağını və mümkün kompromislərə tərəflərin qərar verəcəyini qeyd edib.
AB Kosovonun şimalında gərginliyi azaltmaq üçün addım atmadığını əsas gətirərək 2023-cü ildə ölkəyə qarşı cəza tədbirləri tətbiq etməyə başlayıb. Tədbirlər xüsusilə Kosovonun bəzi sahələrdə Aİ fondlarından faydalanmasına mane olur.
Kosovo ilə Serbiya arasında vaxtaşırı qarşıdurma yaşanan gərginlik Belqrad hökumətinin 2008-ci ildə birtərəfli müstəqilliyini elan edən Priştinanı öz ərazisi kimi görməsindən qaynaqlanır.
2011-ci ildə Aİ-nin vasitəçiliyi ilə başladılan Belqrad-Priştina Dialoq Prosesi çərçivəsində münasibətlərin normallaşması və son nəticədə iki ölkənin bir-birini tanıması üçün ortaq yol tapılması üçün səylər göstərilir.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki