image-downloadbackend

İrəvanda küçə döyüşləri başlayır-  Artur Vanetsyan cağırış etdi

Artur Vanetsyan: “Bu hələ başlanğıcdır, hər şey yaxşı olacaq”

“Mübarizə yoldaşlarımızla birlikdə bütün gecəni Fransa meydanında keçirdik. Səhər tezdən Ərəbkir və Kentron inzibati rayonlarında etiraz aksiyaları keçirilir”. Alp.az erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Parlamentinin müxalif “Şərəfim var” fraksiyasının rəhbəri, “Rodina” Partiyasının sədri Artur Vanetsyan “Facebook” səhifəsində canlı yayımda bildirib.

“Təəssüf ki, polis qeyri-mütənasib güc tətbiq etdi, 2-3 nəfər yaralandı. 200-dən çox vətəndaş saxlanılıb, onlardan bəzilərinin hazırda harada olduğu məlum deyil. Amma bu, bizim əhval-ruhiyyəmizə təsir etmir. Bu, vətənimiz, xalqımız naminə mübarizədir”, – deyə Vanetsyan deyib.

Vanetsyan vətəndaşları heç kimdən qorxmamağa, küçələrə çıxıb döyüşməyə çağırıb: “Bizim mübarizəmizi heç kim dayandıra bilməz. Əziz tələbələr, çölə çıxın, bu sizin mübarizənizdir. Biz birlikdə vətənimiz üçün mübarizə aparmalıyıq”.

“Bu hələ başlanğıcdır, hər şey yaxşı olacaq. Saat 18:00-a qədər biz vətəndaş itaətsizliyi aksiyaları keçirəcəyik. 18:00-da isə hamınızı Fransa meydanında gözləyirəm. Orada gələcək aksiyalarımız barədə məlumat verəcəyik”, – deyə Artur Vanetsyan bildirib.

Qeyd edək ki, bir həftədən çoxdur ki, Ermənistan paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası və həbs edilməsi tələbi ilə etiraz aksiyaları keçirilir. Dünəndən etibarən aksiyalar geniş vüsət alıb, polislə etirazçılar arasında qarşıdurmalar yaşanıb.ayna.az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki