image-a0b93096-8ba3-351d-bd8a-eb98f5749e2b_850backend

İran hərbi büdcəsini 200 faiz artırır

İran İsrailin hücumundan sonra hərbi büdcəsini artıracaq.

Elchi.az  xəbər verir ki, bu barədə “Reuters” agentliyi İran hökumətinin rəsmisi Fatimə Mohaceraninin açıqlamasına istinadən məlumat yayıb.

O qeyd edib ki, İsrailin İranın hərbi infrastrukturuna hücumuna cavab olaraq büdcənin ötən illə müqayisədə 200 faiz artırılması barədə qərar qəbul edilib.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2024-cü ildə İranın hərbi büdcəsi 16,4 milyard dollar təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 20 faiz çoxdur.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki