image-iran-heniyye-suikastini-neden-karsiliksiz-birakti-gazzede-ateskes-sozu-verilmisti-nee8backend

İran Haniyənin qətlini niyə cavabsız qoydu?

İran prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ və Avropa liderləri İranın HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsinə cavab vermədiyi təqdirdə Qəzzada atəşkəs elan edəcəklərinə dair onlara söz veriblər, lakin buna əməl etməyiblər.
Elchi.az xəbər verir ki,İran dövlət televiziyasının məlumatına görə, Pezeşkian dünən axşam keçirilən Nazirlər Şurasının iclasında çıxış edib.
Pezeşkiyan İsrailin bölgədəki təcavüzü və onun qərbli havadarlarına toxunaraq: Sionist rejimin cinayətləri qəbuledilməzdir və cavabsız qalmayacaq. deyib.
Pezeşkiyan, “Şəhid Haniyənin öldürülməsinə İranın cavab verməməsi müqabilində atəşkəs vəd edən ABŞ və Avropa ölkələri liderlərinin iddiaları tamamilə yalandır. Belə cinayətkarlara şansın verilməsi onları daha çox cinayət törətməyə təşviq edəcək“.
İran prezidentinin açıqlamaları ölkədə mübahisələrə səbəb olarkən, gecə saatlarında İran Ali Milli Təhlükəsizlik Şurasının binası qarşısına toplaşan bir qrup hakimiyyətdən bu bəyanatlara cavab tələb edib.
İyulun 31-də HƏMAS lideri İsmayıl Haniyənin paytaxt Tehranda öldürülməsindən sonra İran İsrailə qarşı cavab tədbirləri görməyə qərar vermişdi. Bu arada, Tehranın İsrailin Qəzzaya hücumlarını daimi olaraq dayandırması müqabilində hücum niyyətindən əl çəkəcəyi iddiaları irəli sürülüb. Tehran rəhbərliyi isə “hücumla milli suverenliyini təhdid edən İsraili cəzalandırmaq üçün alınan qərar və Qəzzada atəşkəs səylərinin ayrı-ayrı mövzular olduğunu, lakin atəşkəs prosesinə zərər verməyəcəyinə ümid etdiklərini” ifadə edib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki