image-isvicredeki-intihar-kapsulu-ilk-kez-kullanildi-ulke-ayaga-kalkti-9hrybackend

İntihar kapsulu ilk dəfə istifadə edildi: Ölkə ayağa qalxdı

İntihar kapsulu kimi tanınan kapsul görünüşlü cihaz ilk dəfə İsveçrədə istifadə edilib. Ölkəni şoka salan hadisədə polis 4 nəfəri saxlayıb.
Elchi.az xəbər verir ki, İsveçrənin şimalında, Almaniya ilə sərhəddə yerləşən Şaffhauzen kantonunda istifadəçisinin intihar etməsinə imkan verən kapsul görünüşlü cihazdan ilk dəfə istifadə edilib. Polisdən verilən açıqlamada qeyd olunub ki, prokurorluq bir sıra şübhəlilər barəsində “intihara təhrik və kömək” cinayəti ilə istintaqa başlayıb. Polis, “intihar kapsulundan” istifadə edilən köməkli intiharın dünən Şaffhauzen kantonunun Merişausen bələdiyyəsindəki bir meşə daxmasında baş verdiyini açıqladı.
BİR NEÇƏ DƏQİQƏDƏ Boğularaq ÖLÜR
3D printerlə istehsal edilən və daha əvvəl heç istifadə olunmayan “Sarco” adlı intihar kapsulunun içərisində oturan şəxs düyməni basdıqda havaya azot qazı buraxmağa başlayır. Beləcə, havadakı oksigen ölümcül səviyyəyə düşdükcə, kapsulda oturan istifadəçi bir neçə dəqiqə ərzində huşunu itirir və boğularaq ölür. İntihar kapsulu cəhdinin arxasında duran qrup The Last Resort-un sözçüsü, kapsuldan istifadə edən şəxsin immun sistemindən əziyyət çəkən 64 yaşlı amerikalı qadın olduğunu açıqladı.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki