image-rusya-asker-1482746_1backend

İngiltərə və Ukraynadan “Rusiya” xəbərdarlığı

Böyük Britaniyanın xarici işlər naziri David Lammy və onun ukraynalı həmkarı Andrii Sybiha Rusiya ilə Ukrayna arasında davam edən müharibənin 1000-ci günündə Rusiyanın təcavüzünə qarşı müqavimət göstərməyə çağırıblar.
Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı qərargahında ortaq mətbuat şərhi edən Lammy və Sybiha, Rusiyanın Ukraynaya hücumlarının 1000 gündür davam etdiyini vurğulayaraq, birlikdə hərəkət etmək əzmində olduqlarını təkrarladılar.
“Sabah Putinin Ukraynaya vəhşicəsinə, tammiqyaslı işğalının 1000-ci günüdür. Həftə sonu biz Ukraynaya avqust ayından bəri ən böyük hava hücumu ilə ən son vəhşiliyi gördük, onlarla mülki şəxs ölüb və yaralanıb”, – deyə o bildirib .
Rusiyanın sözügedən hava hücumunun Ukraynanın elektrik infrastrukturunu təsirli şəkildə məhv etmək üçün nəzərdə tutulduğunu deyən Lammi, İngiltərənin Ukraynanı dəstəkləməkdə “qətiyyətini” təkrarladı.
Ukraynanın Rusiyaya qarşı müqavimətinin İngiltərə və Avropanın təhlükəsizliyi üçün də əhəmiyyətli olduğunu vurğulayan Lammi, “Putin uğursuzluğa düçar olmasa, fəth müharibələri geri qayıdacaq” deyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki