image-99999backend

“Hizbullah”dan İranı ŞOKA SALAN AÇIQLAMA: “İsraillə İranın müharibəsinə Hizbullah qarışmayacaq”

“İsrail ilə İran arasında müharibə baş verərsə, Hizbullah ona qarışmaya bilər.”
Alp.az  xəbər verir ki, bu sözləri Hizbullahın baş katibi Həsən Nəsrullah İrana bağlı ərəb dilli “əl-aləm” televiziyasına verdiyi müsahibədə deyib.

Mütəxəssislərin fikrinə görə, Nəsrullah bu sözlərlə açıq şəkildə Livanda hökm sürən ağır siyasi və iqtisadi vəziyyət səbəbindən özünü və rəhbərlik etdiyi təşkilatı İrandan müstəqil göstərməyə çalışır.

Onlar qeyd edirlər ki, İsraillə mümkün müharibə zamanı İranın Hizbullahın raket potensialından yararlanmayacağı real görünmür. Mövcud vəziyyətdən istifadə edib Hizbullah Livanda öz təsirini daha da artırmaq istəyir. Buna görə də müharibəyə qarışacağını bəyan etməklə Hizbullah İranın Livana müdaxiləsindən təngə gəlmiş əksər livanlıları özündən daha da uzaqlaşdırmamağa çalışır.
Qeyd etmək lazımdır ki, Hizbullahın destruktiv siyasəti nəticəsində bir çox qonşu ölkələrin, xüsusən də körfəz ətrafında yerləşən ərəb ölkələrinin Livanla münasibətləri yaxşı deyil. Əsas etibarilə Hizbullahın bu ölkələrdə narkotik qaçaqmalçılığı və terrorçuluq fəaliyyətləri ilə məşğul olması da münasibətlərin soyumasına təsir edən amillərdəndir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki