image-g20-brezilya-2024-aa-2304803_1backend

G20 Liderlər Sammitinin bəyannaməsi dərc olunub

G20 Liderlər Sammitinin bəyannaməsi dərc olunub. Bəyannamədə Qəzzada baş verən humanitar fəlakət, İsrail-Livan sərhədindəki münaqişələr və Ukraynadakı müharibəyə toxunulub. Yoxsulluq, bərabərsizlik, aclıq və süni intellektdən istifadə kimi mövzular da müzakirə edilib.
Elchi.az xəbər verir ki, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Liderlər Sammitinin 85 maddəlik bəyannaməsi dərc olunub.
Qəzza zolağında humanitar vəziyyət “fəlakətli” olaraq xarakterizə edilib. Bəyannamədə humanitar yardıma ehtiyac vurğulanıb. Fələstinlilərin öz müqəddəratını təyinetmə hüququna malik olduğu vurğulanaraq, iki dövlətli həll təklif edilib.
İsrail-Livan sərhədində hərtərəfli atəşkəsin dəstəkləndiyi açıqlanıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki