Ermənistan parlamentinin “Ermənistan” və “Şərəfim var” fraksiyaları parlamentin iclasının keçirilməsi təşəbbüsü ilə çıxış ediblər.
“Biz tələb edirik ki, parlament Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri ilə bağlı bəyanat versin. Əgər Əliyevdən qorxmursansa, gəl iclasa, bəyanata imza at”.
Alp.az xəbər verir ki, bu fikirləri Ermənistanın Müqavimət Hərəkatının liderlərindən biri, müxalif parlamentin vitse-spikeri İşxan Saqatelyan mitinqdə deyib.
Onun sözlərinə görə, bunlar minimum tələblərdir, lakin Ermənistan hakimiyyətinin o qədər də cəsarəti yoxdur.
İşxan Saqatelyan bəyanatın gələn həftə qəbul olunmasını istədiklərini bildirib və yeddi bəndlik bəyanatın mətnini oxuyub.
Bəyanatda deyilir:
1. Ermənistan Artsax xalqının öz müqəddəratını təyinetmə və beynəlxalq səviyyədə tanınma hüququnun tam həyata keçirilməsini dəstəkləyəcək. Ermənistan üçün Artsax Azərbaycanın bir hissəsi olması şərti ilə Qarabağ münaqişəsinin həllinin istənilən yekun variantı qəbuledilməzdir.
2. Ermənistanla Artsaxın arasında etibarlı quru əlaqəsi təmin edilməlidir.
3. Ermənistan Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinin təminatçısıdır.
4. Ermənistanla sərhədin delimitasiyası və demarkasiyası üzrə işlər humanitar məsələlərin həlli, erməni hərbi əsirlərin və məhbusların qaytarılması və Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən çıxarılması ilkin şərtlə aparılmalıdır.
5. Sərhədin delimitasiyası və demarkasiyası nəticəsində Ermənistanın ərazi bütövlüyünün pozulması istisna edilməlidir.
6. Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində Ermənistan Erməni Soyqırımı və erməni xalqının öz vətənindən məhrum edilməsi faktlarını şübhə altına alacaq istənilən sazişi istisna edir.
7. Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması bir-biri ilə bağlı deyil, Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılması “dəhliz” məntiqi ilə həyata keçirilə bilməz.herbiand