“2016-cı il aprelin 1-dən 2-nə keçən gecə bu il olduğu kimi cümə gününə düşürdü”.
Alp.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni ictimai xadim Aram Gevorqyan yazıb.
Onun sözlərinə görə, həmin gün 1994-cü ildən bəri ilk dəfə olaraq ağır artilleriya, tank və reaktiv yaylım atəşi sistemlərindən istifadə edilib.
“Dördgünlük müharibə başladı, dördüncü gün dayandırıldı. 75 geridönməz döyüş itkisi verdik. Biz Lələtəpəni itirdik. Serj Sarkisyana niyə Lələtəpənin geri alınmadığını soruşduqlarında o, əks hücum halında 200-dən artıq canlı itki verəcəyimizi cavab vermişdi. Serj Sarkisyan insan həyatı ilə yüksəklik arasında insan həyatını seçdi. Sonra təbii ki, bu addım üçün onun ətini iki il çeynədilər. Sonra səriştəsiz avantüristlər gəldilər, 44 günlük müharibə zamanı, oktyabrın əvvəlində Serj Sarkisyanın itirdiyi yüksəkliyi geri almağa qərar verdilər ki, Artsrun efirdə lovğalansın. Müxtəlif mənbələrə görə, əməliyyat zamanı erməni tərəfi 700-dən çox itki verib, 44 tankdan 42-si döyüş meydanında qalıb”, – deyə Gevorqyan qeyd edib.Ordu.az