image-owl_detail_620_15c38dfc0914b8888bf445fdb26bee9abackend

Britaniya Ukraynaya beş min hava hücumundan müdafiə raketi verəcək

Böyük Britaniya pilotsuz təyyarələrlə mübarizə üçün Ukraynaya beş min hava hücumundan müdafiə raketi verəcək.
Elchi.az “RİA Novosti yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Key Starmer məlumat verib.
“Ukrayna ilə tərəfdaşlıq onlara Böyük Britaniyanın 1,6 milyard funt-sterlinq ixrac maliyyəsini Belfastda beş min hava hücumundan müdafiə raketi almaq üçün istifadə etməyə imkan verəcək”, – Britaniyanın baş naziri deyib.
Starmer əlavə edib ki, Londonun bu addımı “yeni dövrü mükəmməl şəkildə simvollaşdırır”.
Bundan əvvəl “Forbes” yazıb ki, Ukrayna, Böyük Britaniya və Avropa İttifaqı ölkələri Vaşinqton və Kiyev arasında münasibətlərin soyumasından sonra ABŞ-ın hava hücumundan müdafiə raketlərinin əvəzedicisinin tapılması üzərində işə başlayıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki