image-img_8754backend

Bloomberg“: Trampın tarifləri Maskı “vurdu”

ABŞ prezidenti Donald Trampın tarifləri onun yaxın ətrafını vurması ilə İlon Maskın sərvəti noyabr ayından bəri ilk dəfə 300 milyard dollardan aşağı düşüb.

Elchi.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Bazar ertəsi Mask Tesla səhmlərinin ucuzlaşmasından sonra 4,4 milyard dollar itirdi. Bloomberg Billionaires Index-in məlumatına görə, iş adamının sərvəti 297,8 milyard dollara düşüb. Bu, ötən həftənin cümə axşamı və cümə günləri 31 milyard itkidən sonra baş verir. 2025-ci ildən bəri məşhur sahibkar artıq 134,7 milyard dollar itirib.
Nəşr əlavə edib ki, Maskın sərvətinin azalması onun dönüşünün davamıdır. Xüsusilə Tesla səhmləri Trampın seçilməsindən sonra kəskin bahalaşaraq milyarderin sərvətini rekord həddə çatdırıb. O vaxtdan bəri iş adamının ABŞ prezidentinin yüksək rütbəli müşaviri rolu Teslanı “həm ölkə daxilində, həm də xaricdə etirazlar və vandalizm hədəfinə çevirdi”.

“Milyarder CEO-nun qütbləşdirici davranışı və sosial media fəaliyyəti potensial alıcıları özündən uzaqlaşdırır və Tesla sahiblərinin onun siyasətindən və şirkətin çirkin brendindən uzaqlaşmasına səbəb olur”, Bloomberg əlavə edib.

Ümumilikdə, şirkətin səhmləri dekabrın ortalarında rekord həddə çatdıqdan sonra 50%-dən çox ucuzlaşıb.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki