image-musk-reu-2324842_1backend

Teslanın xəbərçisi Elon Maska qarşı məhkəmədə qalib gəldi

Bir müddətdir ABŞ-da Tesla və şirkətin baş direktoru İlon Maska qarşı hüquqi mübarizə aparan keçmiş mühəndis Kristina Balan daha bir mühüm mərhələni qazancla başa vurub.
Elchi.az xəbər verir ki, Balan 2014-cü ildə Tesla avtomobillərində əyləc sisteminə təsir edə biləcək dizayn qüsuru ilə bağlı təhlükəsizlik narahatlığını qaldırdıqdan sonra işdən çıxarılıb. Daha sonra o, şirkətə qarşı qaldırdığı böhtan işində ədalət axtarmağa davam edib.
İş ilkin olaraq Balana qarşı çıxarıldı və arbitraj heyəti Kaliforniya ştatının qanunlarına əsasən məhdudiyyət müddətinə görə işi rədd etdi. Lakin ABŞ-ın 9-cu Dairə Apellyasiya Məhkəməsi bu qərarı ləğv edərək Balanın xeyrinə qərar çıxarıb.
“Biz ümid edirik ki, yeni bir məhkəməyə başlayacağıq və Elon Maska qarşı münsiflər heyəti qarşısında ifadə verəcəyik” Cristina Balan hökmdən sonra BBC-yə deyib.
Tesla məsələ ilə bağlı şərh verməyib.
“Adımı təmizləmək istəyirəm”
Balan əvvəllər Tesla-da aparıcı mühəndis olub. O qədər ki, Model S avtomobillərinin akkumulyatorlarına öz baş hərfləri “CB” həkk olunub.
BBC-yə verdiyi əvvəlki müsahibəsində Balan oğlunun gələcəyi üçün adını təmizləmək istədiyini və o zaman 3B mərhələsi olan döş xərçəngi ilə mübarizə apardığını və ən böyük narahatlığının məhkəmədə ədaləti görə bilməmək olduğunu söylədi.
Balan bəzi Tesla modellərinin pedallarının altındakı xalçaların qıvrıldığını və bunun təhlükəsizlik riski yaratdığını rəhbərliyə çatdırdığını, lakin onun xəbərdarlıqlarına məhəl qoyulmadığını bildirib. O, bu proses zamanı şirkət rəhbərlərinin ona qarşı mənfi münasibət bəslədiyini və sonda işinə xitam verildiyini iddia edib.
İlk iddiasını ədalətsiz işdən çıxarma səbəbiylə qazanan Balan Tesla tərəfindən şirkət resurslarından “gizli layihə” üçün istifadə etməkdə günahlandırıldı. Balan ABŞ qanunlarına görə mənimsəmə təşkil edən iddianı rədd etdi və 2019-cu ildə şirkətə qarşı böhtan iddiası qaldırdı.
“Mən adımı təmizləmək istəyirəm” deyən Balan, İlon Maskın üzr istəməsini gözlədiyini əlavə edib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki