“Düzünü desəm, Ermənistanda müxalifətin hakimiyyət dəyişikliyini dövlətə xəyanət hesab edirəm, çünki əminəm ki, bu müxalifətçi adlanan şəxslər sadəcə olaraq sifarişi yerinə yetirirlər, onun layihəsi Moskvada tərtib olunub və bu da öz növbəsində hadisələri özündə əks etdirən daha böyük proqramın tərkib hissəsidir”.
Alp.az xəbər verir ki, bunu Praqada yaşayan erməni iqtisadçı Baqrat Arakelyan deyib.
Onun sözlərinə görə, Ermənistanda müxalifətin mitinqləri bəziləri üçün pul yığmaq fürsətinə çevrilib.
“Nümayişlərin təşkilatçıları Ermənistanın ucqar kəndlərindən, Qarabağdan olan insanları müvafiq nisbətdə toplayırlar, bu barədə internetdə çoxlu faktlar dərc olunub. Düşünürəm ki, bir-iki həftədən sonra Kreml Ermənistanda baş verənlərin qeyri-real hesab edildiyini anlayacaq, sadəcə olaraq erməni agentlərinə dayanmağı tapşıracaqlar”, – deyə Arakelyan qeyd edib.
Erməni iqtisadçı bildirib ki, hazırda İrəvan küçələrində baş verən hadisələrə Qərbdəki diaspor pis baxır.Ordu.az