image-b5c2899fb0b8041d80229053d6212631backend

Azərbaycan vətəndaşları Ermənistanda MÜLKLƏR ALDILAR – RƏSMİ 

Azərbaycan vətəndaşlarının Ermənistanda ən azı altı mülkü var.

Alp.az xəbər verir ki, bu barədə Ermənistanın Kadastr Komitəsi “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirib.

“2010-2021-ci illərdə Türkiyə vətəndaşları Ermənistanda daşınmaz əmlak hüququnun qeydiyyatı ilə bağlı ümumilikdə 71, Azərbaycan vətəndaşları isə 6 əməliyyat həyata keçirib”, – məlumatda deyilir.

Komitə Azərbaycan vətəndaşlarının 2012, 2018, 2019-cu illərdə mənzil aldığını iddia edir. Daha bir mənzil hədiyyə olaraq alınıb (2012). Bundan əlavə, 1 ictimai əhəmiyyətli obyekt alınıb.

Erməni KİV-ləri qeyd edir ki, söhbət etnik mənsubiyyətindən yox, Azərbaycan vətəndaşlığı olan şəxslərdən gedir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki