Ermənistanın baş naziri Nikol Paşinyanın “Lubawa SA” şirkətini hədələməsi İrəvan üçün soyuq duş olub. Alp.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyiven açıqlamasına görə Nikol Paşinyanın qərəzli yanaşması üzündən dünyanın ən məşhur hərbi geyim şirkəti İrəvanı tərk edib.
” Polşanın silahlı qüvvələr üçün formalar, o cümlədən gülləkeçirməz gödəkcələr istehsal edən “Lubawa SA” şirkətinin nümayəndələri ilə görüşündə Nikol Paşinyan onları əvvəlki hökumətlə əməkdaşlıqda ittiham edib, bu görüşdən sonra Avropa İttifaqının Ermənistandakı yeganə şirkəti ölkəni tərk etmək qərarına gəlib.”-deyə Ədalət Verdiyev bildirib.
Qeyd edək ki, Polşanın Ermənistandakı keçmiş səfiri Yeji Novakovski bu faktı açıqlamasında təsdiq edib.