image-153759_tghapkocr0backend

Qərbi Azərbaycanlılar öz ata- baba yurdlarına qayıdır : ŞOK GƏLİŞMƏ  

Qərbi Azərbaycanlılar tezliklə öz ata- baba yurlarına qayıdacaq. Alp.az-a özəl mənbədən daxil olan məlumata görə yaxın günlərdə Qərbi Azərbaycanla bağlı təşkilatın təqdimatı keçiriləcək və təşkilatın əsas vəzifəsi Qərbi Azərbaycanlıların təşkilatlanması və öz ata-baba yurdlarına qayıdışın sürətləndirilməsi olacaq. Buna görə bir çox dairələrdə artıq təşkilatlanma ilə bağlı işlər başlanıb. Qeyd edək ki, ölkə başçısı İlham Əliyev öz çıxışlarında da Qərbi Azərbaycanlıların tezliklə öz ata-baba yurdlarına qayıdacağını bəyan edib.

İlham Əliyev çıxışlarında Ermənistan və Qarabağ ərazisindəki Zəngəzur zonasının Azərbaycan torpaqları olduğunu deyib “… Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur – Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur,” -deyə İlham Əliyev bildirib.

Qeyd edək ki, Azərbaycan qərbi azərbaycanlıların qaçqınlar cəmiyyəti var. Mənbəmiz bildirir ki, tezliklə qərbi azərbaycanlıların təşkilatlanması yolunda yeni bir təşkilat yaradılacaq və bu təşkilat yeni missiya çərçivəsində fəaliyyət göstərəcək.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki