image-555backend

Erməni nəşrindən şok iddia: Nikol Paşinyana sui-qəsd etmək istəyənlər həbs edilib

Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın ətrafında qalmaqallar bitmir. Alp.az xəbər verir ki, iyunun 3-də İrəvanda yerləşən İdman-Konsert Kompleksində boks yarışına gələn Nikol Paşinyanın yaxınlığında bir neçə su şüşəsi atılıb. Bundan sonra mühafizəçilər zaldakı bütün şüşələri yığıblar. Ermənilərin “Fakt” nəşri iddia edir ki, Nikol Paşinyana qarşı sui-qəsd etmək istəyən 4 nəfər xüsusi xidmət orqanları tərəfindən həbs edilib. Nəşr iddia edir ki, iyunun 4-də xüsusi xidmət orqanlarının keçirtdikləri əməliyyatla “Daşnaksütyün” partiyasına yaxınlığı ilə tanınan “Erməni Gənclər təşkilatı”nın 6 üzvü həbs edilib. Nəşr iddia edir ki, onlar Nikol Paşinyana sui-qəsd etmək üçün planlar qururmaqda təqsirləndirirlər. Həmçinin nəşrin yazdığına görə axtarış zamanı onların ofisindən çoxsaylı partlayıcı maddə, həmçinin xüsusi bülletenlər götürülüb. Həbs edilən təşkilatın rəhbəri Samvel Karapetyan iki gün öncə sosial şəbəkə vasitəsilə Nikol Paşinyana müraciət edərək onu istefaya cağırıb və əks halda öldürüləcəyini bəyan edib. Maraqlıdır ki, bu faktla bağlı Ermənistan Prokurorluğu erməni mediasına açıqlama verməkdən imtina edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki