image-3ed23a6a-8bf3-363c-ace0-f8f4f3f1494e_850backend

Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərci 25 % azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 7,503 milyon ABŞ dolları dəyərində geyim idxal edib.

Elchi.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24,9 % azdır.

Təkcə fevralda isə Türkiyə Azərbaycana 3,895 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 27,1 % azdır.

İki ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə % azalaraq 2,77 milyard ABŞ dollarına, fevralda isə 9,3 % azalaraq 1,359 milyard ABŞ dollarına düşüb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki