image-b4a5398e-c050-3409-a591-432fa29f9692_850backend

Türkiyə Müdafiə Nazirliyi 1918-ci il soyqırımı qurbanlarını anıb

Türkiyənin Milli Müdafiə Nazirliyi 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktının qurbanlarının xatirəsini ehtiramla yad edib.

Elchi.az xəbər verir ki, qurum müvafiq paylaşımı “X” sosial şəbəkəsindəki səhifəsində edib.

“107 il əvvəl azərbaycanlı qardaşlarımız erməni quldur dəstələri tərəfindən amansız soyqırımına məruz qalıb. Onların xatirəsini dərin ehtiramla yad edir, dost və qardaş Azərbaycan xalqının kədərini səmimi qəlbdən bölüşürük”, – paylaşımda deyilir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki