image-1200x675-cmsv2backend

Avstraliya Filippinə 20 pilotsuz təyyarə hədiyyə etdi

Avstraliyanın Filippin Sahil Mühafizəsinə (PCG) təxminən 593 min dollar (22,5 milyon lirə) dəyərində 20 pilotsuz uçuş aparatı (PUA) hədiyyə etdiyi bildirilir.
Elchi.az xəbər verir ki Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, Avstraliyanın Maniladakı səfiri Hae Kyong Yu Bataan əyalətində keçirilən mərasimdə PUA-ları PCG komandanı admiral Ronnie Gil Gavana təhvil verib.
Gavan verdiyi açıqlamada, Avstraliyanın hədiyyə etdiyi 20 pilotsuz təyyarənin Filippinin su ilə əhatə olunmuş bir ölkə olaraq üzləşdiyi “mürəkkəb hüquq və öhdəlikləri daha dəqiq, uyğun və davamlı şəkildə həyata keçirmək qabiliyyətini” artıracağını söylədi.
Səfir Yu, təxminən 593 min dollar (22,5 milyon lirə) dəyərində olan bu hədiyyələrin Filippinlə ölkəsi arasında artan dəniz əməkdaşlığının konkret göstəricisi olduğunu da vurğuladı.
Avstraliyanın Baş naziri Entoni Albanese və Filippin Prezidenti kiçik Ferdinand Markos 29 fevral 2024-cü ildə müdafiə, dənizçilik və kibertəhlükəsizlik sahələrində anlaşma memorandumu imzalayıblar.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki