“Bu günkü bəyanatda Qarabağın yerli xalqının öz müqəddəratını təyinetmə təbii hüququna və Azərbaycanın Qarabağa qarşı soyqırım siyasəti tamamilə rədd edilir. ”
Alp.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan öz Facebook səhifəsində Avropa Şurasının rəhbəri Şarl Mişelin Ermənistan və Azərbaycan liderləri ilə görüşün yekunlarına dair bəyanatını şərh edərkən yazıb.
“Ermənistanın təhlükəsizliyinin pozulması mövcuddur və buna heç bir təminat yoxdur.
Amma baş verənlər həm də onunla bağlıdır ki, Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünün Qarabağa heç bir aidiyyatı olmadığından başlayaraq, tarixi əhəmiyyət kəsb edən əsas tezislərimizi ardıcıl olaraq puça çıxarır.
Onlar Qeqarkunik və Sünikdəki qeyri-qanuni Azərbaycan hərbi obyektlərinə haqq qazandırıb və ya qanuniləşdirib, bizim ərazi yurisdiksiyamızdan vaz keçiblər.
Sünikdə yollar elə tikilir ki, Azərbaycan silahınn hədəfi altına düşür.
Öz səhvlərini gizlətmək, narazılıq yaratmamaq, mövqelərini qorumaq üçün bu faktları səsləndirənlərin hamısı təzyiq altındadır. Beynəlxalq mexanizmlər məsələsində dövlətimizin əl-qolunu bağladılar, ölkəni geosiyasi maraqların qurbanına çevirdilər. Bütün bunlar Azərbaycanın əl-qolunu açıb.
Erməni xalqının sayıqlığını boğdular və boğmaqda davam edirlər.” -deyə Arman Tatoyan qeyd edib.