image-d2410657-0800-4b8c-8fdd-1a806dbab810backend

Alimlər açıqladı: Yer kürəsində gizli bir təbəqə ola bilər!

Yeni araşdırma Yerin daha bir gizli qatının ola biləcəyini ortaya çıxarıb. Müvafiq olaraq, Yerin daxili nüvəsinin dərinliklərində başqa bir nüvə ola bilər. Bu, o deməkdir ki, Yerin tarixində bəlkə də iki ayrı soyutma hadisəsi baş verib. Ekspertlərin fikrincə, bu kəşf dərsliklərin yenidən yazılmasını tələb edə bilər.

Elchi.az Ntv.com.tr-yə istinadən bildirir ki, Yerin geoloji tarixi onun mürəkkəb təbəqələri daxilində yazılıb. Tədqiqatlar göstərir ki, Yerin keçmişində bu tarixin az bilinən hissələri var.

Son araşdırmalar, Yerin daxili nüvəsinin dərinliklərində başqa bir nüvənin ola biləcəyini ortaya qoydu.

Yerin qatları…

Avstraliya Milli Universitetinin geofizika professoru Coan Stivenson 2021-ci ildə Yerin quruluşunu belə təsvir edib: “Ənənəvi olaraq bizə Yerin dörd əsas təbəqədən ibarət olduğu öyrədilir: qabıq, mantiya, xarici nüvə və daxili nüvə.

Yerin xarici qabığının altında nələr olduğuna dair məlumatımız əsasən vulkanların aşkar etdikləri və seysmik dalğaların pıçıldadığı məlumatlardan əldə edilir”.

Dünyanın 1 faizindən ibarətdir…

Elm adamları hesablayıblar ki, temperaturu 5 min dərəcədən çox olan qızmar isti daxili nüvə Yerin ümumi həcminin yalnız 1 faizini təşkil edir.

“Dərs kitabları yenidən yazılacaq”

Lakin bir neçə il əvvəl Stivenson və onun həmkarları Yerin daxili nüvəsinin əslində iki ayrı təbəqədən ibarət ola biləcəyinə dair sübutlar tapdılar. Stivenson o zaman demişdi: “Bu, çox həyəcanlıdır. Ola bilsin ki, dərslikləri yenidən yazmağa məcburuq!” .

Tədqiqat zamanı alimlər daxili nüvədə tapılan dəmirin strukturunda dəyişiklik olduğunu göstərə biləcək dəlillər tapdılar. Bu, Yer tarixində iki ayrı soyutma hadisəsinin baş verdiyi anlamına gələ bilər.

Bu tapıntılar bəzi eksperimental dəlillərin Yerin quruluşunun hazırkı modellərimizlə niyə uyğunlaşmadığını izah edə bilər.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki