image-download-74backend

Ağ Ev: Ukrayna münaqişəsi tezliklə bitəcək

Ukraynada münaqişə “tezliklə” bitəcək.
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Mühafizəkar Siyasi Fəaliyyət Konfransı zamanı deyib.
“Beləliklə, ABŞ Prezidenti Donald Trampın dövründə bu müharibə bitəcək və tezliklə başa çatacaq”, – müşavir bildirib.
Vals çıxışında Trampı “sülhün prezidenti” adlandırıb.
Tramp daha əvvəl demişdi ki, Volodimir Zelenskinin Ukrayna böhranının sülh yolu ilə həlli ilə bağlı görüşlərdə “o qədər də vacib deyil” . Amerika lideri onu da qeyd edib ki, bu görüşlərdə ukraynalı siyasətçinin görünməsini istəməzdi.
Ağ Evin rəhbəri Avropa İttifaqına da sərt şərtlər qoyub, ona Ukraynanın “kapitulyasiyası”nın şərtlərini razılaşdırmaq üçün üç həftə vaxt verib . Rəsmi olaraq, Aİ ölkələrinin hökumətləri səviyyəsində həm bu müddətlər, həm də “kapitulyasiya” ifadəsi rədd edilir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Trampın Ukrayna böhranını tez bir zamanda həll edəcəyinə dair vədindən danışıb. Rusiya lideri həmçinin bəyan edib ki , ABŞ Ukrayna ilə bağlı obyektiv məlumatlar almağa başlayıb .
Bundan əvvəl Zelenskiyə Ukraynanı tərk etmək tövsiyə edilmişdi.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki