image-c45ae4e2ebb478eeb5e12f7360e96318backend

Ağ Ev Baydenin İtaliyaya səfərinin məqsədini açıqlayıb

ABŞ prezidenti Co Bayden İtaliyaya səfəri zamanı ölkə hakimiyyəti ilə onların Ukraynaya dəstək səylərini müzakirə edəcək.

“RİA Novosti”yə istinadən xəbər verir ki , bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“İtaliya Ukraynanı dəstəkləmək üçün bir neçə milyard dollar ayıraraq, sadiq dəstəkçi olaraq qalır”, – o vurğulayıb.

Kirbinin sözlərinə görə, səfər zamanı Bayden G7-nin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə Kiyevə 50 milyard dollar məbləğində kredit ayırması məsələsini gündəmə gətirmək niyyətindədir.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki