image-a790e5a2-12a4-33a0-906f-8e5767293287_850backend

Ciddədə ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşü başlayıb

Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayıb.

“Report”un məlumatına görə, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Görüş Ciddə şəhərində keçirilir.

ABŞ tərəfini danışıqlarda dövlət katibi Marko Rubio, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts təmsil edir.

Ukrayna nümayəndə heyətinə xarici işlər naziri Andrey Sibiqa, Prezident Ofisinin rəhbəri Andrey Yermak və müdafiə naziri Rüstəm Umerov daxildir.

Qeyd olunur ki, tərəflər ABŞ-nin yardımının bərpası, eləcə də Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsi ilə bağlı məsələləri müzakirə edəcəklər.

Məlumat üçün bildirək  ki, Ukrayna Prezidenti Volodimir Zelenski də Səudiyyə Ərəbistanında işgüzar səfərdədir. Lakin o, danışıqlarda iştirak etməyəcək.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki