Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) hazırda ən yaxşı formada deyil.
Elchi.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu təşkilatın Baş katibi Firudin Sinirlioğlu Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı bildirib.
“Siz haqlısınız, ATƏT ən yaxşı formada deyil. Lakin bizim ümumi vəzifəmiz təşkilatın keçmiş aktuallığını qaytarmaqdır”, – o qeyd edib.
Öz növbəsində, Lavrov Sinirlioğlunun təşkilata “çətin zamanlarda” rəhbərlik etdiyinə diqqət çəkib.
“Gəlin dürüst olaq ki, təşkilat Helsinki Yekun Aktının 50 illiyinə çox dərin böhran içində yaxınlaşıb”, – o qeyd edib.