image-turkiye-rusya-1backend

Türkiyə və Rusiya Suriya ilə bağlı danışıqlar aparır

Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiçi qəbul edib.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Boqdanov və Bilgiç Suriyadakı hadisələrə diqqət yetirərək, Yaxın Şərq bölgəsindəki vəziyyətlə bağlı dərin fikir mübadiləsi aparıblar.
Tərəflər Suriya böhranının hərtərəfli həlli istiqamətində koordinasiyalı səyləri davam etdirmək əzmində olduqlarını təsdiqləyiblər və Suriyanın birliyi, ərazi bütövlüyü və suverenliyinin təmin edilməsinin vacibliyini vurğulayıblar.
Görüş zamanı Fələstin-İsrail münaqişəsinin BMT Nizamnaməsinin müddəaları və beynəlxalq hüquq normaları əsasında həlli perspektivləri də müzakirə olunub.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki