image-thumbs_b_c_d724bccea693bdfe849c2d6115520b76backend

ABŞ İsrailə 1 milyard dollar dəyərində silah satır

ABŞ administrasiyası İsrailə 1 milyard dollarlıq yeni silah, o cümlədən 500 kiloqramlıq bomba satmağa hazırlaşır.
Elchi.az xəbər verir ki, Amerikanın Wall Street Journal (WSJ) qəzetinin ABŞ rəsmilərinə əsaslanan xəbərinə görə, Donald Tramp administrasiyası İsrailə yeni silah satışına hazırlaşır.
Məlumata görə, Tramp administrasiyası Konqresdəki ilk komitələrin rəhbərlərini İsrailə dəyəri 700 milyon dollara qədər olan 4700 ədəd 500 kiloqramlıq bomba və 300 milyon dollara qədər olan zirehli buldozerlərin satışını təsdiqləməyə çağırıb.
Maraqlıdır ki, 1 milyard dollarlıq yeni satışın İsrail baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Trampla da görüşəcəyi Vaşinqtona səfəri ilə üst-üstə düşür.
Digər tərəfdən, Netanyahunun təqribən 8 milyard dollarlıq yeni silah satışının təsdiqi üçün Trampdan dəstək istəyəcəyi iddiası da ABŞ mediasında əksini tapıb.
Joe Biden administrasiyasının son günlərində gündəmə gələn bəzi demokratlar İsrailə 8 milyard dollarlıq silah satışına daha əvvəl yaşıl işıq yandırmamışlar və Bayden proses irəliləmədən bu vəzifəni Trampa təhvil vermişdi.
Tramp vəzifədə olduğu ilk günlərdə Bayden administrasiyası dövründə daşınması dayandırılmış bir tonluq bombaların İsrailə daşınması qarşısındakı maneələri aradan qaldırdı.
ABŞ administrasiyası xarici ölkəyə silah satmaq istəyəndə müvafiq qanunlara uyğun olaraq bu barədə ABŞ Konqresinə məlumat verir. Senatın Xarici Əlaqələr Komitəsi və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi satışı təsdiqlədikdən sonra, müəyyən müddət ərzində Konqresdə heç bir etiraz gəlməzsə, satış həyata keçirilir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki