Bildirilib ki, Las-Veqasda Tesla servis mərkəzinə “məqsədli hücum” nəticəsində beş Tesla markalı avtomobil yandırılıb.
Elchi.az xəbər verir ki, Las-Veqas Böyükşəhər Polis İdarəsindən (LVMPD) verilən açıqlamada, şəhərin yaxınlığında yerləşən Tesla Toqquşma Mərkəzində avtomobillərin yandırıldığı və yanğınsöndürmə idarəsinin mərkəzdəki yanğını söndürdüyü bildirilib.
Səlahiyyətlilərin “məqsədli hücum” olaraq xarakterizə etdiyi hadisədə qəza mərkəzinin yerləşdiyi küçə yanğın səbəbilə nəqliyyata bağlanıb və sübutların toplanması davam etdirilib.
Polis qərargahına zəng edən bir məsləhətçi “atəş səsləri eşitdi və qara paltarlı bir adamın avtomobilləri yandırdığını gördü” dedi.
İstintaqın hələ tamamlanmadığını deyən Koren əlavə edib: “Lakin polis tamamilə qara geyinmiş bir şəxsin xidmət mərkəzinə molotof kokteyli və silahla hücum etdiyini düşünür. Yandırılmamış molotof kokteyli də ələ keçirilib”. dedi.
Koren, ən azı 5 Tesla avtomobilinin yandırıldığı, avtomobillərə 3 atəş açıldığı və təcavüzkarın avtomobillərin ön qapılarına “müqavimət” boyası ilə boyadığı barədə məlumat paylaşıb.
ABŞ mediasının məlumatına görə, şirkətin baş direktoru İlon Maskın prezident Donald Trampla işinə cavab olaraq, son həftələrdə ölkə daxilində çoxlu sayda Tesla avtomobili, dilerlər və enerji doldurma məntəqələri vandalizmə məruz qalıb.
Keçən həftə Tramp şirkətə dəstəyini göstərmək üçün Ağ Evin girişində dayanmış Teslanın qarşısında Maskla şəkil çəkdirmişdi.
Şayəstə Hüseynova