ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib ki, ABŞ Rusiya və Çin arasında daha da yaxınlaşmaq istəmir, lakin iki ölkə ilə münasibətləri yaxşılaşdırmaq istəyir.
Elchi.az xəbər verir ki, o, Rusiya və Çinin birləşməsini istəmədiyini bildirib.
Tramp həmçinin hesab edir ki, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın hərəkətləri nəticəsində Rusiya və Çin arasında münasibətlər “dostluq”a çevrilib.
“Obama həqiqətən də pis enerji siyasətinə görə onları birləşməyə məcbur etdi”, – Amerika lideri bildirib.
ABŞ prezidenti Vaşinqtonun hər iki ölkə ilə münasibətləri yaxşılaşdıracağını qeyd edib və hər iki ölkənin ABŞ ilə münasibətləri yaxşılaşdırmaq istədiyinə əmin olduğunu bildirib.
Eyni zamanda Tramp qeyd edib ki, ABŞ-ın artıq Çinlə əlaqələri və danışıqları var.
Yeganə