image-abd-ucak-reu-2292766_1backend

ABŞ-da döyüş təyyarəsi qəzaya uğrayıb: 2 pilot həyatını itirib

ABŞ-da qəzaya uğrayan qırıcı təyyarənin 2 pilotunun cəsədi tapılıb
Elchi.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri oktyabrın 15-də Vaşinqton ştatında adi təlim uçuşu zamanı qəzaya uğrayan döyüş təyyarəsinin itkin düşən iki pilotunun cəsədlərinin tapıldığını açıqlayıb.
ABŞ Hərbi Dəniz Qüvvələri oktyabrın 15-də ölkənin şimal-şərqində yerləşən Vaşinqton ştatının dağlıq Rainier dağı bölgəsində qəzaya uğrayan təyyarə ilə bağlı açıqlama verib.
Açıqlamada qəzaya uğrayan təyyarədən itən iki pilotun bədən hissələrinin tapıldığı, pilotların kimliklərinin bir neçə gün ərzində açıqlanacağı bildirilib.
EA-18G Growler tipli qırıcı təyyarə oktyabrın 15-də adi təlim uçuşu zamanı dağlıq Rainier dağı bölgəsində qəzaya uğrayıb, dağıntıların yeri bir gün sonra müəyyən edilib, təyyarədə olan iki nəfərin izinə rast gəlinməyib.
Səlahiyyətlilər qəza ilə bağlı araşdırmanın davam etdiyini bildiriblər.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki