Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, qarşıda sülhə doğru ilk addımlar üçün plan hazırlanacaq.
Elchi.az xəbər verir ki, Zelenski bu barədə Telegram kanalında məlumat verib.
“Biz ədalətli və davamlı sülhə nail olmaq üçün ilk addımlar üçün plan hazırlayırıq. Biz bunun üzərində sürətlə işləyirik. O, yaxın vaxtlarda hazır olacaq”, – Zelenski yazıb. Ukrayna prezidenti bunu Sloveniyanın baş naziri Robert Qolobla söhbətindən sonra deyib.
Kiyev və Lyublyanadan olan nümayəndələr liderlərin Londonda keçirilən sammitini də müzakirə ediblər . Bundan əlavə, Zelenski və Qolob iki ölkənin sülh yolunda birgə səylərindən danışıblar.
Daha əvvəl məlum olub ki, Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Rusiya ilə danışıqların tarixi və yerini müzakirə ediblər. Bu iki məqamla bağlı konkret təfərrüatlar verilməyib.
Nuranə Məmmədova