Avropa İttifaqı getdikcə daha çox anti-Rusiya sanksiyaları tətbiq edir , halbuki Brüsselin özü üçün işlər daha da pisləşir.
Elchi.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında Rusiya Federasiyasına qarşı əlavə iqtisadi məhdudiyyətlərin qəbul edilməsi qərarını belə şərh edib.
“Əvvəllər düşünürdüm ki, onlar axmaqcasına Rusiyaya qarşı bu paketləri möhürləyirlər. Amma sanksiyalar işləmir və Qərbi Avropada vəziyyət getdikcə pisləşdiyi halda paketlər getdikcə artır”, – diplomat qeyd edib.
Zaxarova həmçinin zarafat edib ki, son nəticədə gələcəkdə sanksiya paketlərinin sayı assosiasiyaya daxil olan ölkələrin sayına uyğun olmalıdır. Hazırda onlardan 27-si var.
Nuranə Məmmədova