image-67416a4696f5767416a4696f58173234029467416a4696f5567416a4696f56backend

Zaqatalada avtomobil yanıb

Zaqatalada minik avtomobili yanıb.

Elchi.az-ın məlumatına görə, gecə saat 03 radələrində rayonun Aşağı Tala kəndinin ərazisində Xəlil Rəcəb oğlu Əmirxanaova məxsus “Opel Vektra” markalı minik avtomobilində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki