image-img_8757backend

Yaponiya Şimali Koreyaya qarşı sanksiyaları daha 2 il uzadacaq

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hayaşi Yoşimasa ölkəsinin Şimali Koreyaya qarşı sanksiyalarının daha iki il müddətinə uzadılacağını açıqlayıb.

Elchi.az xəbər verir ki, “Japan Times” qəzetinin məlumatına görə, Hayaşi mətbuata xatırladıb ki, Pxenyanın nüvə proqramları ilə Yaponiya vətəndaşlarını həbs edir.

Buna görə də Hayaşi bəyan edib ki, Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyalar daha iki il müddətinə uzadılacaq və sanksiyalara Şimali Koreya gəmilərinin Yaponiya limanlarına daxil olmasının və iki ölkə arasında ticarətin qadağan edilməsi də yer alacaq.

Hayaşi vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (UNSC) sanksiya qərarları yerinə yetirilməlidir.

Bir çox ölkələr Şimali Koreyanın nüvə proqramlarını təhlükə kimi qəbul etsə də, 1970-1980-ci illərdə Şimali Koreya ünsürləri tərəfindən saxlanılan Yapon vətəndaşları ilə bağlı Tokio və Pxenyan arasında problem davam edir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki