image-dce3f752-697e-3957-bd47-9a0cebcd8544_850-1backend

Xabarovsk-Ayan reysi ilə uçan təyyarənin salonunda nasazlıq yaşanıb

Xabarovsk-Ayan reysi ilə uçan təyyarə salonunda tüstülənmə səbəbindən çıxış hava limanına geri qayıdıb.

Elchi.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat verib.

Məlumata görə, “Aurora” aviaşirkətinə məxsus təyyarənin sağ mühərrikində tüstülənmə baş verib. Göyərtədə 11-i sərnişin olmaqla 13 nəfər olub.

Qeyd olunur ki, xəsarət alan olmayıb. Qurum  hadisə ilə bağlı araşdırma aparır.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki