Türkiyədə son dövrdəki terror hücumlarında tez-tez istifadə olunan partlayıcı maddə yerləşdirilmiş hava sistemləri və əl istehsalı partlayıcıları zərərsizləşdirmək üçün dünyada da xeyli yenilikçi olan “Alka istiqamətləndirilmiş enerji silahı sistemini” istehsal etdi.
Alp.az xəbər verir ki, Türkiyənin raket və mərmi sahəsindəki lider şirkəti ROKETSAN “Alka istiqamətləndirilmiş enerji silahı sistemi” (YESS) ilk dəfə İstanbulda keçirilən 14-cü Beynəlxalq Müdafiə Sənayesi sərgisində (IDEF-19) təqdim olundu.
“Alka” ilk dəfə paylaşım edilən sınaq görüntülərində əl istehsalı partlayıcı, təhlükəsizliyi pozan dron, silah-sursat daşıyan dron, casus dron hücumu kimi təhdidləri uğurla zərərsizləşdirdi.
“Alka”da həm lazer təxribat sistemi, həm də eləktromanqit bir qarışdırma sistemi var.
Bu sayədə dron sabit qanadlı model uçuşlar kimi terror aktlarında istifadə olunan sistemlərə qarşı xeyli təsirlidir. Həmin zamanda el istehsalı partlayıcıların uzaqdan zərərsizləşdirilməsinə imkan yaradır. Hədəflərin həssas təqibini reallaşdıraraq, üzərindəki radar və elektrooptik sistemlərlə birdən çox hədəfin eyni anda təbiqini reallaşdırır və məhv edir.