Rusiya Ukraynanın hava limanı infrastrukturuna uzun mənzilli yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirdiklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsində fəaliyyəti ilə bağlı məlumatlar yer alıb.
Rusiya ordusunun Ukraynaya qarşı hücumlarını davam etdirdiyi ifadə edilən açıqlamada, “Rusiya Silahlı Qüvvələri, hipersəs daxil olmaqla, uzun mənzilli yüksək dəqiqlikli silahlar və bir qrup PUA Ukraynanın kritik əhəmiyyətli aeroport infrastrukturunun elementlərinə qarşı hücumlar həyata keçirib. Bütün təyin olunmuş hədəflər vurulub”.
Açıqlamada Ukrayna hərbi hissələrinin və hərbi texnikasının yerləşdiyi 142 rayonun İHA, artilleriya və raket atəşi ilə bombalandığı bildirilib və bunlar qeyd edilib.
“Hərbi əməliyyat başlayandan indiyədək 640 təyyarə, 283 helikopter, 30 min 564 İHA, 575 hava hücumundan müdafiə raket sistemi, 17 min 586 tank və zirehli texnika, 1425 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 13 min 690 haubitsa və 2 min minaatan Ukrayna ordusunun 262 xüsusi hərbi maşını məhv edilib”.
Şayəstə Hüseynova