image-pua_rus_zalabackend

Rusiya yeni zərbə dronunu Ukraynada sınaqdan keçirir

Rusiya yeni istehsal etdiyi və bu günlərdə silahlanmaya daxil olunan kəşviyyat-zərbə pilotsuz uçuş aparatının (PUA) real döyüş şəraitində sınaqdan çıxardıb.

Alp.az “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, sınaqlar Rusiya ordusunun Ukraynadakı hərbi əməliyyatları zamanı həyata keçirilib.

PUA Rusiyanın Zala Aero şirkəti tərəfindən istehsal olunub. Düşmənin müdafiənin dərinliyində yerləşən mövqelərinin yerini müəyyənləşdirmək və sıradan çıxartmaq üçün yaradılan ZALA 421-16E, “İzdeliya-51”, “İzdeliya-52” və “Kub” PUA-ları istifadə məqsədilə Ukraynaya göndərilib. Artıq dronlar Ukraynadakı müharibədə istifadə olunur.

 

 

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki