Dünyanı qorxuya salan bəyanat: Həmin bölgədə nüvə insidentinin baş verməsi təhlükəsi var
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) prezidenti Rafael Mariano Grossi, Kursk Atom Elektrik Stansiyasının (NGS) ətrafında hərbi fəaliyyətlərin nəticələrini araşdırdığını və “Kursk bölgəsində nüvə insidentinin baş verməsi təhlükəsi var” dedi.
Elchi.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Mariano Qrossi ötən həftə hücum cəhdinin edildiyi Kursk AES-də keçirdiyi yoxlamalardan sonra Rusiya mətbuatına açıqlama verib.
Səfəri çərçivəsində stansiyanı və ətrafını ziyarət etmək fürsəti əldə etdiyini bildirən Qrossi, “Bu gün gördüklərimə əsasən deyə bilərəm ki, stansiya normal vəziyyətə çox yaxın işləyir”. deyib.
Kursk AES-də istifadə edilən reaktorun saxlama avadanlığının olmadığını vurğulayan Qrossi, “Saxlama avadanlığının olmaması o deməkdir ki, reaktor nüvəsi demək olar ki, adi bir binada yerləşir və artilleriya və ya pilotsuz uçuş aparatı (PUA) hücumlarına qarşı çox həssas olaraq qalır.” deyib.
Qrossi, stansiyaya İHA hücumlarının olduğu barədə məlumat verildiyini açıqlayıb və “Mən də stansiyada olarkən bu hücumların izlərini gördüm. Bura gəlməyimin səbəbi hazırda Kursk bölgəsi yaxınlığında qarşıdurmaların olmasıdır. Kursk bölgəsində nüvə insidentinin baş verməsi təhlükəsi var”. deyib.
Təhlükənin aradan qaldırılması üçün Rusiya hakimiyyəti ilə məsləhətləşmələr aparacağını deyən Qrossi yaxın vaxtlarda Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə də görüş keçirəcəyini bildirib.
Avqustun 6-da Ukrayna ordusunun başlatdığı hücumlardan sonra Rusiyanın Kursk vilayətində şiddətli qarşıdurma baş verib.
Rusiya prezidenti Vladimir Putin avqustun 22-də verdiyi açıqlamada Ukraynanın Kursk AES-ə hücuma cəhd etdiyini bildirib.
Şayəstə Hüseynova