image-2019-09-13t145101z_2084722023_rc166baf0b00_rtrmadp_3_israel-election-preview_1backend

Trampın qalmaqallı Qəzza planı

ABŞ prezidenti Donald Tramp Ağ Evdə soyqırım lideri Netanyahunu qəbul edib. Tramp Qəzzanı ələ keçirəcəklərini və qəzzalıların başqa ölkələrə göndəriləcəyini bildirib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Tramp və soyqırım Netanyahu görüşdən sonra mətbuat konfransı keçirib.
Tramp İordaniya və Misirin Qəzzanı ələ keçirməsini istədiyini təkrarlayıb. “Bu iki ölkə mənə yox desələr belə, fələstinliləri alacaqlar.
İordaniya və Misirin Qəzzalıları məskunlaşdırmaq üçün torpaq ayıracaqlarını deyən Tramp, “Qəzzalıların yaşaması üçün yeni ərazilər tikməliyik” dedi.
Tramp həmçinin qeyd edib ki, ABŞ Qəzzanı ələ keçirəcək və onlar onu bərabərləşdirib inkişaf etdirəcəklər.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki