image-2024-06-28t154115z_1592131461_rc21k8amu6a4_rtrmadp_3_usa-election-asia-pic_32ratio_900x600-900x600-64042backend

Tramp Ukraynaya nüvə silahını ötürəcək – Ekspert

Ekspress: Tramp gizli şəkildə Ukraynanı nüvə silahı ilə təmin edə bilər.
Elchi.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp gizli şəkildə Ukraynaya nüvə silahı ötürə bilər. Bu barədə Britaniyanın “Express” qəzetinə müsahibəsində hərbi ekspert Nikolas Drummond bildirib.
Onun sözlərinə görə, Vaşinqton və Kiyev arasında sövdələşmə “çox gizli” baş tuta bilər və Ukrayna birdən-birə çox güclənəcək.
“Zelenski deyə bilər ki, “bizim nüvə silahımız var və bizə hücum etsəniz, Moskvanı bombalayacağıq””, – deyə Drummond bildirib.
Onun sözlərinə görə, Donald Tramp respublikanın NATO-ya qoşulmamasına zəmanət müqabilində Ukraynaya qarşı belə bir addım ata bilər.
Bundan əvvəl Almaniyanın Der Spiegel jurnalı yazmışdı ki, Ukraynada Donald Trampın Ağ Evə qayıtması fonunda nüvə silahı yaratmaq barədə düşünənlər var, lakin respublika ərazisində lazımi şəraitin olmaması səbəbindən belə bir perspektiv qeyri-real görünür. Öz növbəsində, noyabrın 13-də “Tayms” qəzeti yazıb ki, guya Ukrayna nüvə stansiyalarından işlənmiş yanacaqdan atom bombası hazırlamaq imkanını nəzərdən keçirir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki