image-trump-ayakkabi-2188611_1backend

Tramp qələbəsini elan etdi: ABŞ-ın 47-ci prezidentiyəm

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərin rəsmi nəticələrindən əvvəl çıxış edərək, “Amerika xalqına 47-ci və 45-ci prezidentiniz seçilməyin fövqəladə şərəfinə görə təşəkkür etmək istəyirəm” deyərək seçkidə qalib gəldiyini elan edib.
Elchi.az xəbər verir ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp irəlidə olduğu seçkilərin nəticələri ilə bağlı seçicilərə müraciət edib. Tərəfdarlarına təşəkkürünü bildirən Tramp, “47-ci və 45-ci prezidentiniz seçilmək kimi fövqəladə şərəfə görə Amerika xalqına təşəkkür etmək istəyirəm” deyib.
Sərhəd təhlükəsizliyi ilə bağlı sərt mesajlar verən Tramp, “Sərhədləri bağlamalıyıq. Ölkəmizə girişi dayandırmalıyıq. Ölkəmizə qanuni şəkildə daxil olmalıdırlar. Qanuni şəkildə girməlidirlər” deyib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki